24 Aprel 11:28
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Ermənistan ordusu Qazaxın Azərbaycana təhvil verilən kəndlərindən geri çəkilir.

Teleqraf.com xəbər verir ki, Baku TV həmin ərazilərdən yeni görüntülər lentə alıb.

Qızılhacılı kəndində çəkilən kadrlarda Azərbaycana məxsus döyüş maşını yer alıb.

Bildirilib ki, bu, 1990-cı illərdən, yəni Birinci Qarabağ müharibəsi dövründən sözügedən ərazidə qalan texnikadır.

Nəqliyyat vasitəsinin üzərində vaxtilə orada döyüşmüş mərd oğullarımızın adları həkk olunub.

Həmin videonu təqdim edirik:


Müəllif: Teleqraf.com