İrlandiyada həyat yoldaşına və iki qızına təcavüz edən kişi 18,5 il həbs cəzası alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "BreakingNews.ie" məlumat verib.
Arvadını və iki qızına 185 dəfə təcavüz edən irlandiyalı kişi 18,5 il müddətinə azadlıqdan məhrum edilib.
Nəşrin məlumatına görə, 45 yaşlı kişi 2004-cü ildən 2019-cü ilə qədər həm yoldaşına, həm də qızlarına qarşı zorakılıq törədib. Ümumilikdə 15 il müddətində o, qızlarını və yoldaşını 185 dəfə təcavüzə məruz qoyub. Qızlardan biri 9-16, ikincisi isə 9-11 yaşlarında atası tərəfindən zorlanıb.
Məhkəmənin hökmü ilə o, 18 ay şərti cəza olmaqla 15,5 il azadlıqdan məhrum edilib.