Daxili Qoşunların sabiq komandanı, polkovnik Fəhmin Hacıyev xəstələnib. Bu haqda Hacıyevə yaxın şəxslər bildirib. Onun xəstələnməsinin konkret səbəbləri bəlli deyil. Deyilənlərə görə, hazırda sabiq komandan Ukraynanın şərq vilayətlərinin birində müalicə alır.
Qeyd edək ki, Hacıyev bir neçə il əvvəl biznes qurmaq məqsədilə Türkiyəyə, daha sonra isə Ukraynaya gedib. Bundan sonra isə AXCP sədrinin müşaviri vəzifəsindən istefa edib.