İsveçin xarici işlər naziri Margot Vallström Azərbaycana səfər edəcək. O, Azərbaycanla yanaşı, Cənubi Qafqazın digər ölkələrinə də gedəcək.
Teleqraf.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə məlumat İsveç Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.
Bu, 2014-cü ilin oktyabrından İsveç xarici siyasət idarəsinin rəhbəri vəzifəsində çalışan Margot Vallströmun Azərbaycana ilk səfəri olacaq.