Hadisə axşam saatlarında, rayonun Aşağı Göynük kəndində baş verib.
Kənd sakini, 52 yaşlı Hüseyn Zamanovla hələ ki adı açıqlanmayan qardaşı arasında naməlum səbəbdən mübahisə düşüb. Mübahisə zamanı Hüseyn Zamanova qardaşı tərəfindən müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
H.Zamanov Şəki Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona açıq kəllə-beyn travması, sol təpə və alın nahiyəsinin kəsilmiş-çapılmış xəsarəti dioqnozu qoyulub.
Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırmaya başlayıblar.
/Report/