25 Noyabr 2017 12:15
3 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arvadı ilə intim əlaqədə olan ev sahibini öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü İlkin Əhmədov barəsindəki hökmdən apelyasiya şikayəti verib.

Teleqraf.com xəbər verir ki, bu ilin aprelində Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan 1992-ci il təvəllüdlü İlkin Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fail İsmayılovu qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyitə ilkin baxış keçirilərkən onun üzərində 4 bıçaq zərbəsi və boğazının kəsildiyi məlum olub.

Müəyyən edilib ki, İlkin Əhmədov uzun müddət Fail İsmayılovun evində kirayədə yaşayıb. İlkin Əhmədov həyat yoldaşı ilə Fail İsmayılovun münasibətlərindən şübhələnib. O, hadisə baş verən günü səhər işə getmək adı ilə evdən çıxıb və tez geri dönüb. Evə qayıdarkən İlkini həyat yoldaşı ilə bir yerdə tutub. Onların arasında dava düşüb və İlkin Əhmədov Fail İsmayılovu əvvəl bıçaqlayıb, sonra da başını kəsib. Cinayəti törədəndən sonra isə polisə təslim olub.

Cinayəti işi üzrə ifadə verən İlkin Əhmədov hadisənin təfərrüatını açıqlayıb. O bildirib ki, həmin gecə pivə alıb evə gətirib, evdə qətlə yetirdiyi Faillə birgə içiblər: “Pivəni içəndən sonra hardasa saat 4 olardı, Fail dedi ki, qazın balansı bitib, gedək mağazada pul yükləyək. Birgə evdən çıxdıq. Yolda Fail dedii, evdə işim var, geri qayıtdı. Mən isə qaza pul yükləyib evə qayıdanda gördüm ki, Fail arvadıma təcavüz edir. Onunla dava etdim, sonra bıçaq əlimə keçdi, vurdum”.

İlkin Əhmədovun həyat yoldaşı Aygün Əhmədova isə hadisə və ondan öncə baş verənlər barədə daha ətraflı ifadə verib: “İlkin onu öldürmədən bir neçə gün əvvəl Fail məni zorlamışdı. Hadisə günü bizə gəldi, oturub pivə içdilər. Onlar pivə içəndə mən otağa keçib uzandım, mürgüləmişdim. Oyanıb gördüm ki, bir tərəfimdə İlkin uzanıb, o biri tərəfimdə Fail. Dedim, bu burda nə gəzir? İlkin dedi dəymə, içkilidir, evə gedə bilmir. Sonra onlar çölə çıxdılar, Fail İlkini qazın kartına pul yükləməyə göndərdi.

Mən onda yatmışdım, oyananda gördüm ki Fail başımın üstündə durub. Paltarımı çəkib məni zorlamaq istədi. Həmin vaxt İlkin evə girdi. Fail söyüş söyürdü, İlkin onu çölə çıxartdı. Eşitdim ki, Fail deyir, bıçaq qarnıma girdi. Sonra da onun bıçaqlandığını bildim”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlkin Əhmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. İlkin Əhmədov cəzasının yüngülləşdirilməsi üçün apelyasiya şikayəti verib.

Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

İş hakimi Faiq Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılır.

Növbəti proses noyabrın 28-də davam edəcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər