Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 1982-ci il təvəllüdlü rayon sakini Fərqanə Pərvanəyeva evində bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Məlumata görə, iki uşaq anası olan Fərqanə Pərvanəyeva ailə mübahisəsi zəminində qardaşı tərəfindən bıçaqlanıb.
Hadisəni törədən şəxs polisə təslim olub. Faktla bağlı cinayət işi başlanıb.