Füzuli rayonunda silahlı inisdent törədən məsuliyyətə cəlb edilib.
Teleqraf.com xəbər verir ki, Füzuli rayon polis şöbəsinə rayon sakini Yaşar İbişovun odlu silahla yaralanması barədə məlumat daxil olub.
Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla Yaşar İbişovun Qayıdış qəsəbəsində olarkən münaqişə zəminində qohumu, Fin qəsəbə sakini Cəsarət Nəbiyevin tüfəngdən açdığı atəşlə yaralanması müəyyən edilib.
Görülmüş tədbirlərlə Cəsarət Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-8” markalı tüfəng də götürülüb.
Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.