Zərdab rayonunda oğurluqla məşğul olan mütəşəkkil dəstənin üzvləri tutulub.
Teleqraf.com xəbər verir ki, həbs olunan rayon sakini Turan Yusubovun oğurluğu həmyerliləri Ədalət Məhəmmədli, Vüqar Səmədzadə və Vüsal Şükürovla birgə törətdiyi müəyyən edilib.
Görülmüş tədbirlərlə onlar saxlanılıblar.
Dəstə üzvlərinin cari il fevralın 13-də Zərdab sakini İlqar Abdullayevə məxsus tövlədən bir baş inək, Məmmədqasımlı kənd sakini İntiqam Ağalarov icarə əsasında anbar kimi işlətdiyi obyektdən 63 yeşik, 840 ədəd müxtəlif adlı spirtli içki, Eltun Eminov çay evindən ümumilikdə 1200 manat dəyəri olan televizor və kompüter, 100 manatlıq elektrik qızdırıcısının oğurlayıblar.
İlkin dindirmə zamanı saxlanılan şəxslərin qabaqcadan əlbir olaraq oğurluq etmələri müəyyən olunub. Saxlanılanlar dəstəyə Turan Yusibovun rəhbərlik etdiyini və onun göstərişi ilə hərəkət etdiklərini deyiblər.
Hazırda Zərdab rayon polis şöbəsinin əməkdaşları onların digər analoji hərəkətlərinin olub-olmadığını araşdırır.