24 Aprel 13:28
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş qətimkan tədbirinin başqa növ qətimkan tədbiri ilə əvəz olunmasına dair vəkili tərəfindən verilən vəsatətə baxılıb.

Teleqraf.com xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə vəkil Aqil Layıcın müvəkkili Ələsgər Məmmədlinin səhhətində olan problemlərlə bağlı vəziyyətin nəzərə alınması və onun ev dustaqlığına buraxılması barədə vəsatətini geri götürüldüyü məlum olub.

Həm Ələsgər Məmmədli, həm də Aqil Layıc vəsatəti geri götürdüklərini bildiriblər. Bu səbəbdən vəsatətə baxılmasına xitam verilib.

Xatırladaq ki, martın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə Ələsgər Məmmədlinin barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.

Ələsgər Məmmədli “Toplum TV” işi üzrə həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər