Bakının Qaradağ rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com-un xəbərinə görə, hadisə “Meyvəli” Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb.
196 saylı xətt avtobusunun aşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılardan 4 nəfəri Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına və qalan 3 nəfəri isə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov