14 Aprel 2017 19:37
5 711
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Çölçü”, “Həddən artıq uyğunluq”, “İçəri Şəhər” və “Qırmızı bağ” filmləri Türkiyənin Alanya Beynəlxalq Film Festivalına dəvət alıblar.

Kinostudiyadan Teleqraf.com-a verilən məlumata görə, festival 2-8 may tarixlərində Alanya şəhərində baş tutacaq.

Filmləri tamaşaçılara yaradıcı heyət təqdim edəcək. Belə ki, “Həddən artıq uyğunluq” filminin nümayişi 4 may tarixində nəzərdə tutulub. Filmlə bağlı suallara filmin quruluşçu rejissoru Ülviyyə Könül və baş rolun ifaçısı Aydan Axundzadə cavab verəcəklər.

Elə həmin gün göstəriləcək “Qırmızı bağ” filmini isə quruluşçu rejissor Mirbala Səlimli və baş rolun ifaçısı Gülzar Qurbanova təqdim edəcəklər.

5 may tarixində rejissor İlqar Safat, aktrisa Mehriban Zəkinin təqdimatında “İçəri Şəhər” filminin nümayişi olacaq.

Çölçü”nün təqdimatı isə mayın 7-də baş tutacaq. Festivalda “Çölçü” filmini rejissor Şamil Əliyev və baş rolun ifaçısı Bəhruz Vaqifoğlu təmsil edəcəklər.


Qeyd edək ki, Alanya şəhərində keçirilən Beynəlxalq Film Festivalına tanınmış aktyor, xalq artisti Fəxrəddin Manafov xüsusi qonaq kimi dəvət olunub.

Nərmin


Müəllif:

Oxşar xəbərlər