Məşhur rusiyalı tennisçi Mariya Şarapova Harvard Universitetinin tərkib hissəsi olan Harvard Biznes Məktəbinə qəbul olub.
APA-nın məlumatına görə, bu barədə o Twitter səhifəsində bildirib.
Şarapova sosial şəbəkədə universitet qarşısında çəkdirdiyi şəkli paylaşıb: “Bilmirəm, necə oldu, lakin, salam, Harvard! Proqramın başlanacağı günü səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Şarapova doppinq qəbul etdiyinə görə iyunun 8-dən 2 il müddətinə idmandan kənarlaşdırılıb.