13 Sentyabr 2016 17:36
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə polisinin terrorla mübarizə şöbəsi tərəfindən hazırlanmış 117 səhifəlik Fetullahçı Terror Təşkilatı (FETÖ) barədə ittihamnaməyə görə, onlar hökuməti zəiflətmək üçün digər terror təşkilatları ilə əməkdaşlıq ediblər.

Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, FETÖ-nün Türkiyənin cənub-şərqində rəqib gördükləri şəxslər ya öldürülüb və ya itkin düşüb.

15 iyul çevriliş cəhdindən sonra hazırlanmış 117 səhifəlik FETÖ ittihamnaməsində çox maraqlı nüanslar öz əksini tapıb. “Fətullahçı Terror Təşkilatı və Paralel Dövlət İdarəçiliyi” adlı hesabatda deyilir ki, Fətullah Gülənin xütbələr oxuduğu 1961-ci ildə əsası qoyulan təşkilat, dövlətin ən ali orqanlarına sızma məqsədilə hiyləgər üsul-idarə ilə təşkilatlanaraq, məxfi məlumat və sənədləri qeyri-leqal yolla əldə edib. "Hizbullah"! terror təşkilatının elmi qanadının təşkilatlanma modelini əsas götürərək subordinasiya zənciri formasında təşkilatlanmış FETÖ bilavasitə Gülənin təlimatlarıyla polis və məhkəmə sistemindəki nümayəndələrini hərəkət keçirməklə, Türkiyənin cənub-şərqində özlərinə rəqib gördükləri "Hizbullah" terror təşkilatının elmi qanadının nümayəndələrini xüsusi əməliyyatlarla zərərsizləşdirmiklə ilk işlərinin icrasına başlamışlar. Sözügedən qrupun bəzi üzvləri müəmmalı şəkildə öldürülüb, bəzi üzvləri isə “itkin” düşüb.

Siyasi iqtidarların diqqətini üzərinə çəkməmək və ictimai simpatiya qazanmaq üçün dırnaqarası “hizmət hərəkatı” adı altında məktəb, tədris kursları kimi təhsil qurumlarına üstünlük verən təşkilat, pərdə arxasında Türkiyə əleyhinə beynəlxalq casusluq fəaliyyəti həyata keçirib. Paralel dövlət idarəçiliyi modelini əsas alan təşkilat, bunu edərkən rəqib gördükləri qurum və şəxsləri intensiv təzyiq, yox etmə, böhtan və şərləməklə oradan uzaqlaşdırıblar.

Sahib olduqları yazılı və vizual media orqanları vasitəsilə ictimai fikir yaratmaqla, "təhsil qurumları" ilə hər il yüzlərlə nümayəndələrini dövlətin müxtəlif qurumlarına yerləşdirən təşkilat, polis və məhkəmə sistemindəki üzvlərini hərəkətə keçirib, 17-25 dekabr 2013-cü ildəki çevriliş cəhdiylə hökuməti yıxmağa cəhd ediblər. Müvəffəq ola bilmədiklərinə görə, növbəti dəfə 15 iyulda Türk Silahlı Qüvvələri içindəki üzvlərini hərəkətə keçirməklə hərbi çevrilişə cəhd ediblər. FETÖ-çu kadrların dövlət qurumlarından qovulmamaları üçün PKK, KCK kimi bütün terror təşkilatlarının terror fəaliyyətlərinə göz yummaqla Türk hökumətini terrorla mübarizədə aciz göstərməyə çalışan sözügedən təşkilat bir çox məxfi məlumatları terror təşkilatlarına ötürməklə onların öncə xəbərdar olmasına, onların hədəfdən qaçmasına şərait yaradıblar. Bu, terror təşkilatlarına qarşı aparılan mübarizənin zəifləmisən səbəb olub.

Hesabata görə polisin simsiz rabitə və dinləmə cihazlarının 17-25 dekabr “əməliyyatından” sonra terror və mütəşəkkil cinayətkar qrupların əlinə keçməsinə şərait yaradan FETÖ, bir çox şifrəli simsiz rabitə danışıqlarını açmaqla terror təşkilatlarına ötürüb. Ankara və İstanbulda məxfi məlumatlar olan komputerlərin sərt yaddaşlarını silərək terror təşkilatlarına qarşı həyata keçiriləcək əməliyyatlara süni maneələr yaratmağa çalışan təşkilat, terror təşkilatları və mütəşəkkil cinayətkar qruplarla bağlı məxfi sənəd və əməliyyat şifrələrini pul qarşılığında satıb.

İlhamə Əbülfət


Müəllif: