09:25
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstanın yeni prezidentinin inauqurasiyası dekabrın 29-da baş tutacaq, andiçmə mərasimindən sonra Salome xanım daha prezident olmayacaq. Onu prosesi sabotaj edərək gürcü xalqına bir daha xəyanət etməməyə çağırıram”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə deyib.

Onun sözlərinə görə, Salome Zurabişvili konstitusiya, qanun və insan etikası normalarını aşıb.

Xatırladaq ki, hazırda Gürcüstan parlamentində prezident seçkiləri üzrə səsvermə keçirilir.

Hazırkı prezident Salome Zurabişvili ötən gün vəzifəsini tərk etməyəcəyini açıqlayıb.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər