17 Sentyabr 2016 11:48
647

Amerikanın məşhur NBC telekanalının aparıcısı Cimmi Fellon prezidentliyə namizəd Hillari Klintonu “The Tonight Show” verilişində cərrah maskasında qarşılayıb.

Teleqraf.com-un “The Daily Mail”lə istinadən verdiyi xəbərə görə, studiyaya daxil olan Klinton aparıcının bu zarafatına “5” qiyməti verdiyini söyləyib.

Hillari Klintonla əllə salamlaşan aparıcı dərhal əlini dezinfeksiya da edib.

Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klinton pnevmoniyadan əziyyət çəkir. Nyu-Yorkda 11 sentyabr 2011-ci ildə törədilmiş terror aktlarının qurbanlarının anım mərasimində onun halı pisləşmiş və rəsmi mərasimi yarımçıq tərk etmişdi.

Kəmalə


Müəllif:
loading...