27 Sentyabr 2016 21:15
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranın “İmam Xomeyni” adına beynəlxalq hava limanında 2 sərnişin təyyarəsi toqquşub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran Aviasiya Təşkilatının ictimai əlaqələr bölməsinin rəhbəri Rza Cəfərzadə jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, hadisə sentyabrın 27-si sübh saat 6:45 radələrində baş verib və az sürətlə hərəkətdə olan “İranAir” və “Mahan Air” aviasiya şirkətlərinə məxsus iki sərnişin təyyarəsi onları idarə edən pilotların diqqətsizliyi nəticəsində quyruq nahiyəsindən bir-birinə çırpılıb.

Toqquşmanın səbəblərinin ekspertlər tərəfindən araşdırıldığını vurğulayan İran rəsmisi hadisədə hər hansı bir xəsarət alanın olmadığını və hər iki təyyarə sərnişinlərinin alternativ təyyarələrlə uçacağını bildirib.

Samir


Müəllif: