"NATO və Almaniya hərbi məsələlərdə Türkiyəyə ehtiyac duyur".
Teleqraf.com xəbər verir ki, bununla bağlı Almaniyanın "Mitteldeutsche Zeitung" nəşri məlumat verib.
Məlumatlarda bildirilib ki, Berlin və Ankara arasında yaşanan "erməni soyqırımı" qərarı ilə başlanan gərginlikdən sonra Almaniyanın İncirlik hərbi hava bazası məsələsində israrlı olması Türkiyənin vacibliyini bir daha göstərib:
"Burada əsas məsələ Türkiyənin müttəfiq kimi NATO-nun tərkibində oynayacağı roldur. İncirlik hərbi bazası ilə bağlı Almaniyanın təkidini dəyərləndirsək, bu rolun nə dərəcədə vacib olduğunu anlaya bilərik. Türkiyənin İŞİD-ə qarşı əməliyyatlar üçün əhəmiyyətli olan başqa hərbi bazaları da mövcuddur. NATO-nun da Türkiyəyə ehtiyacı var. Türkiyə Suriyadakı və İraqdakı döyüşlər səbəbindən həm bir tərəfdaş, həm də baza kimi çox vacibdir".
Samir