Rusiya Suriyanın yeni hakimiyyət orqanları ilə ölkədəki hərbi bazalarını saxlamaqla bağlı razılaşmaya yaxındır.
Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg"məlumat yayıb.
Hazırda Rusiyanın Suriyada iki hərbi bazası var - Xmeymimdə hava bazası və Tartusda dəniz bazası. Üstəlik, Tartusdakı baza Rusiyanın Aralıq dənizindəki yeganə hərbi dəniz bazasıdır.