19:12
355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna qoşunları Rusiyanın Şebekino şəhərini atəşə tutub.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov "Telegram" kanalında məlumat yayıb.

Rayon rəhbərinin sözlərinə görə, zərbələr nəticəsində üç yaşayış binasının pəncərələri və hasarları zədələnib.

Bundan əlavə, Şebekinski rayonunda elektrik enerjisi kəsilib. Nəticədə Şebekino, eləcə də Dmitrievka, Dobroye, Kupino, Rjevka və Yablochkovo kəndləri qismən işıqsız qalıb .


Müəllif: Arzu

Oxşar xəbərlər