3 Noyabr 2016 21:25
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Hərbi-Hava Qüvvələrinin vurduğu Rusiyaya məxsus “SU-14” təyyarəsinin pilotu Oleq Peşkovun həyat yoldaşı Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşməyə hazırdır.


APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Yelena Peşkova özü bildirib. “Ailəmizə nə qədər ağır olsa da, biz Moskvaya bu görüşə gedəcəyik”, - deyə Peşkova “Rossiya 24” telekanalının efirində bildirib.

Qeyd edək ki, bundan əvvəl Mövlud Çavuşoğlu “Rossiya 24” telekanalına müsahibəsində Türkiyənin həlak olan pilotun ailəsinə maddi dəstək göstərməyə, özünün isə mərhumun ailəsinə baş çəkməyə hazır olduğunu bildirib.


Müəllif: