Donald Trampın ABŞ prezidenti seçilməsi təkcə Amerika üçün deyil, Türkiyə, o cümlədən Azərbaycan üçün də faydalı olacaq.
Bunu Trend-ə açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.
Millət vəkili bildirib ki, yeni prezidentin Azərbaycan-ABŞ əməkdaşlığına daha böyük önəm verəcəyi ümid edilir: "Bir çox məsələlərdə Azərbaycan Amerika ilə strateji müttəfiqdir. Terrora qarşı mübarizədə Azərbaycan hər zaman dəstək verib. NATO-nun sülhməramlı qüvvələrində Azərbaycan iştirak edir".
M.İbrahimqızı qeyd edib ki, yeni prezidentin münaqişələrin həllində fəallıq göstərəcəyinə də ümid edir.