Türkiyənin Suriyada həyata keçirdiyi Fərat Qalxanı Hərəkatı davam edir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında Əl-Bab bölgəsində türk əsgərlərinə hücum edilib. Hadisə zamanı 3 türk əsgəri şəhid olub, 10-u yaralanıb. Yaralılar dərhal Türkiyənin Qaziantep bölgəsindəki hərbi hospitala gətirilib.
TSK-dan bildirilib ki, hücum Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr tərəfindən həyata keçirilib.
Samir