ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana iki vacib məsələdə vəd verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə prezidentin sözçüsü İbrahim Kalın deyib.
O bildirib ki, birinci məsələ Suriyada təhlükəsizlik bölgəsinin qurulması olub: "Tramp Türkiyənin bu təklifini yüksək qiymətləndirdiyini deyib. İkinci məsələ isə Fətullah Gülənin ekstradisiyasıdır. Obama rəhbərliyi Gülənin təhvil verilməsi üçün heç bir addım atmadı. Ancaq cənab Tramp və Flinn Gülənin ekstadisiyası üçün dərhal işlərin başlanacağını bildirib".
Samir