21 Fevral 2017 18:54
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qərb və ABŞ yeni dünya nizamının təşəkkül prosesini ləngitməyə çalışırlar".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, Qərb ölkələri dünyanı xaosa və anarxiyaya aparır: "Ölkələr arasında münasibət getdikcə daha gərginləşir. Resurslara nəzarət və onların nəqli marşrutlarına sahib olmaq üçün mübarizə gərginləşir".

Şoyqu əlavə edib ki, bu şəraitdə milli maraqların müdafiəsi və inkişafı üçün dövlət və ictimai institutların səylərini birləşdirmək lazımdır.

Samir


Müəllif: