9 Mart 2017 01:15
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, rəsmi Vaşinqton İranın təxribatçı hərəkətlərinə dözmək niyyətində deyil.

Bunu Ağ Evin mətbuat katibi Şon Spayser bəyan edib.

“Prezident Hörmüz körfəzində baş verən insidentlə bağlı məlumatlandırılıb. O açıq şəkildə bildirib ki, ABŞ İranın təxribatçı hərəkətlərinə dözməyəcək”, deyə Ş.Spayser qeyd edib.

Ötən gün İrana məxsus hərbi katerlər Hörmüz körfəzində ABŞ hərbi gəmisinə yaxınlaşıb. Rəsmi Tehran insidentin baş verməsində ABŞ tərəfini günahlandırıb.
/APA/


Müəllif:

Oxşar xəbərlər