Minlərlə etirazçı Sarkisyanın sarayına doğru irəliləyir.
Teleqraf.com virtualaz.org-a istinadən xəbər verir ki, etiraz edınlərin bir hissəsi prezident sarayına doğru irəliləməyə və nümayişi orada davam etdirməyə qərar verib. Digər hissə isə Yerevanın Azadlıq meydanında qalmaqdadır.
Məlumata görə, etiraz edənlər Artur Sarkisyanın təntənəli şəkildə Yelabur qəbiristanlığında dəfn edilməsini tələb edirlər. Onlar həmçinin onun ölümündə günahı olanların, o cümlədən prezident Serj Sarkisyanın cəzalandırılmasını istəyirlər.
Mitinq təşkilatçıları günü yekunlaşdıraraq, yeni aksiyaları sabah davam etdirməyi planlaşdırırlar.