21 Aprel 2017 11:56
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Donald Tramp mayın 16-17-də Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ilk görüşünü keçirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "İndependent" yazıb. Qəzetin məqaləsində Trampın Ərdoğanı, onun səlahiyyətlərini genişləndirəcək referendumdakı qələbəsi münasibətilə təbrik edən yeganə Qərb lideri olduğu xüsusi vurğulanıb.

Təbrik üçün Ərdoğana şəxsən zəng etmiş digər ölkə başçıları Qətər, Cibuti və Fəlsətinin HƏMAS silahlı hərəkatının liderləri olublar.

Qeyd edək ki, iki liderin görüşü NATO-nun mayda keçiriləcək sammitindən bir qədər əvvələ planlaşdırılıb. Onların Brüsseldə keçiriləcək sammitdə iştirak edəcəyi gözlənilir.


Müəllif:

Oxşar xəbərlər