5 May 01:49
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Emmanuel Makronun Ukraynaya qoşun göndərməyə hazır olması ilə bağlı açıqlamaları boş söhbətdir. Fransa ordusu Ukrayna Silahlı Qüvvələrinin hazırda apardığı müharibəyə qadir deyil.

Teleqraf.com xəbər verir ki, bunu hazırda müxalifətdə olan sağçı mühafizəkar Respublikaçılar partiyasını təmsil edən, istefada olan fransız generalı Kristof Qomar "Bulvar Volter"ə müsahibəsində deyib.

Qomarın sözlərinə görə, Makron tərəfindən Fransa ordusunun Ukraynaya girmə ehtimalına hazırlanması üçün hələlik heç bir əməli addım atılmayıb. General qeyd edib ki, Fransada köhnə müdafiə strategiyası fəaliyyətini davam etdirir, ona əsasən xidmətdə olan tankların və “Rafale” qırıcılarının sayı bundan sonra da azaldılacaq, donanma əhəmiyyətli dərəcədə gücləndirilməyəcək.


Müəllif: Pərvin Cəfərova