5 May 01:29
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının hücumçusu Kriştianu Ronaldo ölkə çempionatının 30-cu turunun “Əl-Vəhda” ilə oyununda het-trik edib.

Teleqraf.com xəbər verir ki, 39 yaşlı forvard ilk iki qolunu oyunun 12 dəqiqəsində vurub, ondan sonra isə 52-ci dəqiqədə fərqlənib.

Ronaldo 32 qolla Səudiyyə Ərəbistanı çempionatında bombardirlər siyahısına başçılıq etməyə davam edir. Onun da 10 məhsuldar ötürməsi var.


Müəllif: Teleqraf.com