14 May 2017 17:55
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya turuna çıxmaq hər kəsin xəyalıdır.

Sara Kohan bu xəyalı reallaşdıran azsaylı insanlardan biridir. Teleqraf.com xəbər verir ki, xarici mediaya istinadən xəbər verir ki, “İnstaqram” fenomeni olan qız maraqlı və adrenalin dolu çəkilləri ilə diqqət mərkəzindədir.

Saranın şəxsi “İnstaqram” hesabında 485 min izləyici var. İnsanların onu izləməsinin səbəbi isə səyahət edərək dünyanın dörd bir yanında heyvanlarla birlikdə çəkdiyi fotoşəkilləri paylaşmasıdır. Sara Kohan eyni zamanda bu işdən pul da qazanır. Əslən avstraliyalı olan Sara eyni zamanda hüquq fakültəsində oxuyur. İrəlidə tanınmış vəkil olmaq istəyən gənc qız hazırda dünya səyahətindədir.

Şəfiqə


Müəllif:

Oxşar xəbərlər