29 May 2017 17:42
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ bütün daxili və beynəlxalq uçuşlarda nootbuk və planşetlərə qadağa tətbiq etməyi düşünür.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Daxili təhlükəsizlik məsələləri üzrə dövlət katibi Con Kelli Foks Nyus-a verdiyi açıqlamasında deyib.

O, ABŞ-a qarşı potensial təhlükələrin mövcud olduğunu ifadə edib. Ona görə də ABŞ bütün daxili və beynəlxalq uçuşlarda qadağa tətbiq etməyi düşündüklərini bildirib.

Kelli bildirib ki, terrorçuların bir Amerika təyyarəsini və ya içərisndə ABŞ vətəndaşları olan bir təyyarəni qaçırmaq planları barədə məlumat alıblar.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər