İmişli-Biləsuvar avtomobil yolunda yol nəqliyyat hadisəsi baş verib. Minik avtomobilinin aşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, hadisə İmişli-Biləsuvar avtomobil yolunun 6-cı kilometrliyində qeydə alınıb.
"Toyota Prado" markalı avtomobil hərəkətdə olarkən idarə etmədən çıxaraq aşıb.
Hadisə nəticəsində Vəliyev Ramil Bəhlul oğlu və Sadıqov Adil Kamil oğlu ölüb, avtomobildə olan sərnişinlər Fatma Şərifova, Abdullah Ramil, Muhəmməd Vüsal, Sənan Vəliyev müxtəlif dərəcəli xəsarətlər alıb, yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.