27 Aprel 09:39
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekvadorun Pastaza əyalətində helikopter qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ekvador Silahlı Qüvvələri "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 8 nəfər həlak olub.

"Ekvador ordusu xilasetmə əməliyyatlarından sonra MI 171 E helikopterinin ekipajının və sərnişinlərinin cəsədlərinin aşkar edildiyini ictimaiyyətə bildirməkdən təəssüflənir", - məlumatda qeyd edilib.


Müəllif: Teleqraf.com