Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura start verilib.
Teleqraf.com xəbər verir ki, açılış oyununda "Sabah" və "Səbail" komandaları üz-üzə gəlib, oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Con İrazabal və Cesse Sekidika vurub.
Bu nəticədən sonra xallarını 49-a çatdıran "Sabah" turnir cədvəlində üçüncü pilləyə yüksəlib. Səbail" isə 42 xalla altıncı yerdə qalıb.
Qeyd edək ki, turun digər oyunları aprelin 28-29-da keçiriləcək.