27 Aprel 23:23
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Yasamal rayonunda "Hyundai" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

21:29

Bakıda metronun “20 Yanvar” stansiyası yaxınlığında avtomobil yanır.

Teleqraf.com "Report"a istinadən xəbər verir ki, avtomobilin söndürülməsi üçün hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Hadisə nəticəsində Moskva prospektində ciddi tıxac yaranıb.

Hazırda yanğının tam söndürülməsi üçün iş aparılır.


Müəllif: Teleqraf.com