Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Binyamin Netanyahu və digər yüksək vəzifəli İsrail rəsmiləri üçün Qəzzadakı müharibə ilə bağlı həbs orderləri verməyə hazırdır.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Times” yazır.
Nəşrin məlumatına görə, orderlər müdafiə naziri Yoav Gallant və IDF Baş Qərargah rəisi, eləcə də İsrail təhlükəsizlik xidmətinin əməkdaşlarına qarşı da verilə bilər. “The Times” yazır ki, bu, gələn həftənin əvvəlində baş verə bilər.
Cavabında Netanyahu bildirib ki, BCM-nin istənilən qərarı İsrailin hərəkətlərinə təsir etməyəcək .
“Mənim rəhbərliyim altında İsrail heç vaxt Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin özünümüdafiə kimi fundamental hüququnu pozmağa yönəlmiş hər hansı cəhdə imkan verməyəcək...Beynəlxalq Cinayət Məhkəməsi İsrailin hərəkətlərinə təsir göstərməsə də, əsgərləri təhdid edəcək təhlükəli presedent yaradacaq", - Netanyahu yazıb.