22 Avqust 2017 21:35
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seneqal hakimiyyəti iki ay öncə geri çağırdığı səfirini Dohaya göndərməklə bağlı qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Röyter” agentliyi Seneqal Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

“Seneqal bu addımla Qətər və qonşu dövlətlər arasında yaranmış böhranı sülh yolu ilə həll etmək səylərini möhkəm dəstəkləyir”, - deyə agentlik Seneqalın Xarici İşlər naziri Mankera Ndiayyanın bəyanatından sitat gətirib.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir iyunun 5-də Doha ilə diplomatik əlaqələri kəsib, o cümlədən Qətərlə bütün digər əlaqələri dayandırıblar. Daha sonra Maldiv, Mavriki, Mavritaniya, İordaniya və Cibuti Qətərdəki diplomatik nümayəndəliklərinin səviyyəsini aşağı salıblar. Seneqal, Niger və Çad isə səfirlərini Dohadan geri çağırıblar.


Müəllif: Səxavət

Oxşar xəbərlər