İŞİD terror təşkilatı Nyu Yorkda baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı “Röyter” agentliyi məlumat yayıb.
Qeyd edək ki, terror aktı nəticəsində 8 nəfər həlak olub, 16 nəfər yaralanıb. Hadisə zamanı Özbəkistan vətəndaşı Sayfullo Saipov idarə etdiyi yük avtomobilini insanların üstünə sürüb. O, hadisədən sonra polis tərəfindən saxlanılıb.