Xərçəng xəstəliyinə mübtəla olan yapon milyarder, "Komatsu" şirkətinin sabiq prezidenti, 80 yaşlı Satoru Anzaki yaxınları ilə vida mərasimi keçirib.
Teleqraf.com xəbər verir ki, mərasimə minə yaxın şəxs qatılıb.
Anzaki mərasimdən sonra çıxış edərək tanıdığı insanlara təşəkkür edə bildiyi üçün özünü xöşbəxt saydığını bildirib: "Qalan ömrümü məhsuldar keçirmək üçün müalicə almaqdan imtina etdim".