Avstraliyanın baş naziri Molkolm Turnbull gəmidə xilasedici jilet geymədiyi üçün 250 dollar cərimələnib.
Teleqraf.com xəbər verir ki, baş nazirin bu yaxınlarda Sidney yaxınlığında sularda üzən bir yelkənli gəmidə çəkilmiş fotosu sosial şəbəkələrdə paylaşılıb.
Avstraliya Dəniz Təşkilatının direktoru Angus Mitcell bəyan edib ki, baş nazir 250 dollar cərimə ediləcək.
Baş nazirin sözçüsü bildirib ki, cərimə məktubu onlara çatan kimi cəriməni ödəyəcəklər.
Molkolm Turnbull isə açıqlamasında qayığa minərkən dəniz təhlükəsizliyi şərtlərini diqqətə almadığı üçün üzr istəyib.