Hazırkı vəziyyətdə İsrail və Fələstin arasında birbaşa dialoq üçün şans sıfıra bərabərdir.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, ABŞ-ın fəaliyyəti bu münaqişənin həllini dalana salır:
“Moskva fələstinlilərin hazırda keçirdikləri hisləri yaxşı anlayır. Onlar uzun illərdi ki, addım-addım münaqişənin həllinə çalışır. Hətta Fələstin tərəfi İsrail ilə birbaşa dialoqa da hazır idi. Rusiya bu məsələdə onlara vasitəçilik edəcəkdi. Ancaq Tramp son qərarı ilə məsələni qəlizləşdirdi”.