Almaniyanın yeni Daxili İşlər naziri Horst Zeexofer ilk dəfə mətbuat qarşısına çıxıb.
Teleqraf.com “Bild” nəşrinə istinadla xəbər verir ki, nazir jurnalistin islamın Almaniyaya aidiyyəti ilə bağlı sualı cavablandırıb:
“Xeyr. İslamın Almaniyaya aidiyyəti yoxdur. Almaniya xristian dəyərləri üzərində qurulub. Təbii ki, bizdə yaşayan müsəlmanlar da Almaniyaya aiddir. Mənim əsas mesajım budur: Müsəlman bizimlə yaşamaq məcburiyyətində deyil”.
Qeyd edək ki, 4-cü dəfə kansler seçilən Angela Merkel bu məsələ ilə bağlı əksini düşünür və hesab edir ki, islam da Almaniyaya aiddir.