ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriya Prezidenti Bəşər Əsədə ölkənin ərazilərini nəzarətə almaqda mane olur.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb:
“Suriya hökumətinə qarşı düşmən münasibət Deyr-əz-Zor bölgəsinə dinc sakinlərin dönməsinə və hazırda koalisiya qüvvələrinin əlində olan bölgələrin rejimin nəzarətinə qaytarılmasına imkan vermir.
Bundan başqa, ABŞ Rakkaya humanitar yardımın çatdırılmasına da maneə törədir”.