Suriya başçısı Bəşər Əsədlə bağlı problemimiz yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu deyib.
Netanyahu Əsəd rejimi əldə edilmiş atəşkəs anlaşmaına əməl edəcəyi halda Suriyaya müdaxilə etməyəcəklərini bildirib:
“Əsəd rejimi ilə bağlı problemimiz yoxdur. Bizim Suriyada əsas problemimiz İran və “Hizbullah”dır. Buna görə də Bəşər Əsədin bütöv Suriyaya nəzarəti ələ almasına etiraz etmirik.
Lakin təhdidedici addımlar atılsa, İsrail ordusu özünü müdafiə etmək üçün hərəkətə keçəcək”.