6 Avqust 2018 14:03
2 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın NATO-ya daxil olması faciəvi nəticələrə gətirib çıxara bilər.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya baş naziri Dmitri Medvedyev “Kommersant FM” radiostansiyasının müsahibəsində deyib.

“Gürcüstanın NATO-da üzvlüyü qorxunc münaqişəyə səbəb ola bilər, anlaşılmazdır, bu nəyə lazımdır”, - deyə baş nazir bildirib.

Dmitri Medvedyev onu da vurğulayıb ki, 2008-ci ildə Gürcüstan və Cənubi Osetiya arasında olan və Rusiyanın müdaxilə etdiyi silahlı konfliktin qarşısını almaq mümkün idi: “Heç nə qaçılmaz deyildi”.

Xatırladaq ki, iyulun 12-də NATO-nun Baş katibi Yens Stoltenberq təşkilatın Gürcüstanı qəbul etmək niyyəti barədə yenidən xatırladıb.

Rusiya Prezidenti Vladimir Putin isə NATO-nun genişlənməsinə ölkəsinin son dərəcə mənfi yanaşdığını bəyan edib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər