Nigerdə avqust ayında vəba epidemiyasından 13 nəfər həyatını itirib.
Teleqraf.com xəbər verir ki, ölkənin Marad regionunda 993 nəfərdə vəba aşkar edilib.
BMT-in İnsan Resursları Ofisi cənubdakı Maradi bölgəsində bu epidemiya ilə mübarizə aparıldığını açıqlayıb.
Bölgədə epidemiya daha çox 1-5 yaşlı uşaqlarda rast gəlinir.
Ölkənin səhiyyə naziri İliassou Mainassara vətəndaş cəmiyyəti quruluşları ilə birlikdə epidemiyanı nəzarət altına almaq üçün çalışdıqlarını bildirib.
Qeyd edək ki, vəba epidemiyası XIX əsrdə milyonlarla insanın ölümünə səbəb olub.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il 3-5 milyon insanda yeni epidemiyaya rast gəlinir. 100-120 min insan isə bu xəstəlik səbəbindən həyatını itirir.