ABŞ-ın Türkiyə səfirliyinin atəşə tutulması ilə törədilən təxribatda FETÖ/PDY terror təşkilatının izi ortaya çıxıb.
Teleqraf.com xəbər verir ki, hazırda bu məsələ ilə bağlı həbs olunanların sayı 5 nəfərə çatıb.
Saxlanılanlardan Osman Gündaşın işlədiyi şirkətin rəhbərinin FETÖ/PDY terror təşkilatları ilə əlaqəsi ortaya çıxıb.
Şirkət rəhbərini və Osman Gündaşı silahla təmin edən şəxs həbs edilib.