Serbiya Prezidenti Aleksandr Vuçin ordunun hazır vəziyyətə gətirilməsi ilə bağlı əmr verib.
Teleqraf.com xəbər verir ki, əmr Serbiyan Silahlı Qüvvələrinin baş qərargah rəisinə göndərilib.
Bu əmrə səbəb Kosovo polisinin Serbiya ilə sərhəddəki fəaliyyətidir. Onlar Qazivod gölünə yaxınlaşaraq, buradakı su elektrik stansiyasında 60 nəfərə yaxın xüsusi təyinatlı yerləşdirib və Zubin Potok binasında idman və ekologiya mərkəzlərini ələ keçiriblər.
Qeyd olunur ki, onlar burada heç bir qanunu pozmayan serbləri həbs ediblər.
Həyəcan siqnalına əsasən, Serbiyanın bütün xüsusi təyinatlıları artıq sərhəddədirlər. “Vəziyyət hələ də təhlükəli səviyyədədir” deyə Serbiya polisindən açıqlama verilib.
Rəsmi Belqrad bu narahatçılığa görə Kosovo Prezidenti Xaşima Taçini günahlandırır.
Hazırda Serbiya prezidenti baş qərargah rəisi ilə birgə görüş keçirir.