Avropa Komissiyası Rusiya ilə ticari münasibətlərə dair AB üzvlüyünə namizəd olan ölkələrə, o cümlədən Serbiyaya xəbərdarlıq edib.
Teleqraf.com-un APA-a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Piter Stano açıqlama verib.
Onun sözlərinə görə, Avropa Komissiyası AB üzvlüyünə namizəd və ya tərəfdaş olan ölkələr yeni iqtisadi imkanlardan çəkinməyə çağırıb: “Mən AB Şurasının mövqeyini təkrarlaya bilərəm. Rusiyanın tətbiq etdiyi sanksiyalardan sonra, beynəlxalq həmrəylik naminə bu ölkənin bazarına Avropa məhsullarını çıxarmaqdan çəkinsinlər. Həmçinin Serbiya və digər ölkələrin hökumətləri ilə bu istiqamətdə danışıqlar gedir. Bu diplomatik addımlar barədə əlavə məlumat verməyi məqsədəuyğun bilmirəm”.